Azərbaycan millisinin sabiq futbolçusu Cihan özkaranın yeni klubu müəyyənləşib.

Matc.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını Türkiyə Birinci Liqa təmsilçisi "İstanbulspor"da davam etdriəcək.

Futbolçu İstanbul klubu ilə 3 illik müqavilə bağlayıb. ötən mövsümü Almaniyanın IV liqa komandası "Rot-Veis Oberhauzen"də keçirən forvard 24 görüşdə 1 dəfə fərqlənə bilib.

Qeyd edək ki, Cihan özkara Azərbaycan millisinin heyətində 18 oyun keçirib və bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest