Sabah UEFA Millətlər Liqası turniri çərçivəsində Azərbaycan millisi səfərdə Kipr komandası ilə qarşılaşacaq. Matc.az AFFA-nın saytına istinadən xəbər verir ki, görüş öncəsi hər iki yığmanın baş məşqçisinin keçirəcəyi mətbuat konfransının vaxtı müəyyənləşib.
Bildirilir ki, əvvəlcə Bakı vaxtı ilə saat 13:00-da ev sahibi Kipr millisinin çalışdırıcısı Yohan Valem mətbuat önünə çıxacaq. Saat 21:45-də isə komandanın ilk 15 dəqiqəsi mətbuata açıq məşqi keçiriləcək.
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi isə saat 19:30-da görüş barəsində fikirlərini bildirəcək. Yığmamız 20:00-da oyunun baş tutacağı GSP stadionunda qarşılaşma öncəsi son hazırlığına çıxacaq.
Qeyd edək ki, Kipr – Azətrbaycan matçı sabah saat 22:45-də başlayacaq.