"Hazırda biz Norveç Futbol Federasiyası ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq".ç
"Qərara hörmət edirik. Amma əlbəttə, bizi qane etmir".
Matc.az xəbər verir ki, bu sözləri "Molde" klubunun direktoru Ole Erik Stavrum Norveç hökumətinin "Qarabağ"la çempionlar Liqasının III təsnifat mərhələsinin səfər oyunundan sonra komandanı karantindən azad etməkdən imtinasına dair qərarını şərh edərkən deyib.
O, püşkatmaya əsasən oyunun Azərbaycanda keçirilməli olduğunu bildirib: "Hazırda biz Norveç Futbol Federasiyası ilə birlikdə vəziyyəti qiymətləndirəcək və oyunu neytral meydanda keçirə bilmək üçün UEFA ilə danışıqlar qurmağa çalışacağıq".
Stavrum neytral məkan kimi iki ölkəni təklif edib: "Xəritəyə baxsaq, elə də çox variant qalmayıb. Yaşıl rəngdə olan ölkələrin sayı azdır. Yəqin ki, alternativ variantlar Macarıstan və Sloveniyadır".
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub.