09 Sentyabr 2020, 13:14
FUTBOL
"Liverpul"un baş məqşçisi Yurgen Klopp komandadan ayrılacağı deyilən Corcinyo Viynaldumla görüşəcək. Matc.az xəbər verir ki, görüş zamanı futbolçunun klubdakı gələcəyi müzakirə ediləcək.
Yarımmüdafiəçinin Liverpul klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. Tərəflər sözləşmə yeniləmək barədə razılığa gəlməyiblər.
Bununla yanaşı, niderlandlı oyunçu "Barselona"nın hədəfindədir. Baş məşqçi Ronald Kumanın futbolçunun israrla istədiyi bildirilir.