10 Sentyabr 2020, 09:20
FUTBOL
"Keşlə" üçün faydalı olmaq istəyirəm".
Matc.az xəvər verir ki, bu sözləri "Keşlə"nin yeni transferi Alvaro Tavareş deyib. 25 yaşlı futbolçu paytaxt təmsilçisinə keçidini dəyərləndirib:
"Klubun yaxşı planları var, burada daha uzun müddət qalacağıma ümid edirəm. "Keşlə"yə keçdiyim üçün çox xoşbəxtəm. Paytaxt təmsilçisinin yaxşı infrastrukturu var. ümid edirəm ki, uğurlu olacağam və adımı klubun tarixinə yazdıracağam".
Qeyd edək ki, Alvaro Tavareş "Keşlə" ilə 1 illik müqavilə imzalayıb.