"Arsenal"ın forvardı Aleksander Lyakazett komandadakı gələcəyinə aydınlıq gətirmək niyyətindədir. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, oyunçu rəhbərliklə satıla biləcəyi yönündə çıxan iddiaları müzakirə etmək istəyir.

Məlumata görə, London klubu 29 yaşlı futbolçunu 40 milyon funt sterlinq qarşılığında satmağı düşünür. Digər bir iddia isə onun "Atektiko"nun yarımmüdafiəçisi Tomas Parti ilə dəyişdiriləcəyidir.

"Topçular"ın komandanın digər hücumçusu Per Emerik Obameyanqla 3 illik müqavilə bağlaması Lyakazettin ayrılacağı ehtimalını daha da artırıb.

Qeyd edək ki, fransalı hücumçunun "Arsenal"la 2022-ci ilə qədər sözləşməsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest