"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante komandadan ayrıla bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" oyunçunu heyətinə qatmaqda israrlıdır.

Məlumata görə, "qırmızı şeytanlar" yarımmüdafiəçi üçün London klubuna 60 milyon avroluq təklif verməyə hazırlaşır. Daha öncə futbolçu ilə "İnter"in də maraqlandığı iddia edilirdi.

Qeyd edək ki, Kante ötən mövsüm "çelsi"nin heyətində 28 oyunda çıxış edib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest