"Barselona"nın futbolçusu Filipp Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin xidmətində "Mançester Yunayted" maraqlıdı.

Mövsümü icarə əsasında "Bavariya"da keçirən futbolçu yenidən Katloniya klubuna qayıdıb. Yarımmüdafiəçinin daha öncə "Barselona"dan ayrılacağı deyilsə də, baş məşqçi Ronald Kuman onu heyətdə saxlamaq niyyətindədi. Karyerası ilə bağlı yekun qərarı Koutinyonun özünün verəcəyi bildirilir.

Qeyd edək ki, braziliyalı ötən mövsüm Münxen klubunda 24 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest