10 Sentyabr 2020, 16:07
FUTBOL
"Neftçi" klubunun bu mövsüm üçün xərcləri azalıb. Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib.
"Neftçi" klubunun bu mövsüm üçün xərcləri azalıb.
Matc.az xəbər verir ki, bu barədə "Neftçi"nin vitse-prezidenti Elnur Eyvazov klubun rəsmi televiziyasında yayımlanan "Həmsöhbət" verilişində məlumat verib.
O bildirib ki, əsas komandanın büdcəsi 40 faiz azalıb və 4 milyon manatdan az olacaq. Klub rəsmisi "Neftçi"nin Avropa Liqasında mərhələ keçəcəyi təqdirdə, bu rəqəmə çatacaqlarını vurğulayıb.
Bununla yanaşı, vitse-prezident əsas məqsədlərinin çempionluq olduğunu sözlərinə əlavə edib.