11 Sentyabr 2020, 09:12
FUTBOL
"Keşlə"nin sabiq futbolçusu Sezar Meza Kolli klubu "Universitatya" ilə yollarını ayırıb. Matc.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.
29 yaşlı futbolçu hazırda azad agent statusu daşıyır. Onun klubu ilə müqaviləsi 2021-ci ilə qədər idi.
Qeyd edək ki, Sezar Meza Kolli ötən mövsümü icarə əsasında "Keşlə"də keçirib.