11 Sentyabr 2020, 13:45
FUTBOL
İngiltərənin "Vulverhempton" klubu baş məşqçisi Nuno Espirito Santo ilə müqavilə müddətini uzatmaq istəyir. Matc.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik portuqaliyalı mütəxəssislə 2023-cü ilə qədər sözləşmə bağlayacaq.
Məlumata görə, klub yeni müqavilədə 46 yaşlı çalışdırıcının əmək haqqısını da qaldıracaq.
Qeyd edək ki, ki Nuno Espirito 2017-ci ildən "canavar"ların baş məşqçisidir. ötən mövsüm portuqaliyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Premyer Liqanı yeddinci sırada tamamladı.