"Mançester Yunayted"in yarımmüdafiəçisi Mason Qrinvud klubun düşərgəsinə qoşulub.

Matc.az xəbər verir ki, İngiltərə yığmasında yaşadığı qalmaqaldan sonra futbolçu heyətə qayıdıb. Məlumata görə, 18 yaşlı oyunçu ilk məşqini tək keçirib.

Xatrıladaq ki, Qrinvud və Fil Foden İngiltərə yığmasının Millətlər Liqası çərçivəsində İslandiya oyunu üçün Reykyavikdə qaldıqları oteldə qızlarla əyləncə məclisi təşkil ediblər. Bunun ardından milinin baş məşqçisi onların heyətdən kənaraşdırılmasına qərar vermişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest