11 Sentyabr 2020, 15:42
FUTBOL
"Barselona"nın hücumçusu Ansu Fati zədələnib. Matc.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, həkimlər Fatinin sağ bud nahiyəsinin əzildiyini açıqlayıb. 17 yaşlı futbolçu yaxın günlərdə müayinədən keçəcək. Yalnz bundan sonra oyunçun durumuna aydınlıq gələcək.
Qeyd edək ki, Fati ötən mövsüm La Liqada 24 oyunda 7 qol vurub.