"Qalatasaray"ın daha bir futbolçusu Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı oynamayacaq. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferi Peter Etobo görüşdə forma geyinə bilməyəcək.

Bildirilir ki, 25 yaşlı yarımmüdafiəçi fiziki olaraq oyuna hazır deyil. Onun xüsusu proqramla hazırlaşdığı vurğulanıb. Etobo ilə yanaşı, "sarı-qırmızılılar"da hücumçu Mbaye Dian və yarımmüafiəçi Əmrə Akbaba da zədəlidir.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.