12 Sentyabr 2020, 12:02
FUTBOL
"Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın koronavirusa yoluxub. Matc.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssisin test nəticəsi müsbət cavab verib.
Yalçının durumunun çox ciddi olmadığı bildirilib. Onun tədbir məqsədi ilə təcrid edildiyi açıqlanıb.
Qeyd edək ki, "Beşiktaş" sabah Türkiyə Super Liqaısnın ilk turu çərçivəsində "Trabzonspor"la qarşılaşacaq.