12 Sentyabr 2020, 13:07
FUTBOL
Türkiyə Super Liqası təmsilçisi "Konyaspor"un baş məşqçisi Bülent Korkmaz tutduğu vəzifədən istefa verib. Matc.az xəbər verir ki, bu barədə məlumatı 52 yaşlı mütəxəssisin özü açıqlayıb.
Korkmaz komandanın hücumçu transferini onun istəyi və xəbəri olmadan gerçəkləşdirdiyi üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, Bülent Korkmaz bu ilin fevralında baş məşqçi təyin olunub. O, 2009-2010 mövsümündə Azərbaycanda "Bakı" komandasını çalışdırıb.