"Barselona" hücumçusu Luis Suaresi komandadan göndərməkdə israrlıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik uruqvaylı forvarda getməsi üçün təzyiq edir.

33 yaşlı hücumçunun "Yuventus"la razılığa gəlməyə yaxındır. Ancaq oyunçunun "Barselona" ilə müqaviləsinə xitam verilməsi gözlənilir. Klub isə bunun müqabilində Suaresə heç bir ödəniş etmək istəmir. Təcrübəli forvard isə klubdan ayrılacağı üçün maaşının bie hissəsini (15 milyon avro) tələb edir.

Qeyd edək ki, hücumçu ötən mövsüm "Barselona"nın heyətində 36 oyun keçirib və 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest