19 Sentyabr 2020, 13:37
FUTBOL
"Ayaks"ın müdafiəçisi Serjinyo Dest karyerasını Almaniyada davam etdirməyə yaxlndır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu "Bavariya" klubu ilə razılığa gəlib.
Məlumata görə, amerikalı müdafiəçi Münxen təmsilçisi ilə 4 illik müqavilə bağlayacaq. Bundesliqa klubu 19 yaşlı futbolçuyla anlaşsa da, hazırda "Ayaks"la danışıqları davam etdirir.
Xəbərdə ilkin razılığn əldə olunduğu və transferin yaxın günlərdə açıqlanacağı bildirilir.