23 Sentyabr 2020, 14:55
FUTBOL
Türkiyə Super Liqasının III turunun hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, turun mərkəzi qarşılaşması olan "Qalatasaray" – "Fənərbaxça" görüşün də referisi bəlli olub.
Məlumata görə, İstanbul derbisi Ali Palabıyıka tapşırılıb. Ona Serkan Olquncan və Mehmet Cem Satçan köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Mete Kalkavan yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" – "Fənərbaxça" oyunu bazar günü saat 20:00-da start götürəcək.