24 Sentyabr 2020, 10:16
FUTBOL
Yaponiyanın "Yokohama" klubunun futbolçusu Kadzuyosi Miura tarixə düşüb.
Matc.az xəbər verir ki, yarımmüdafiəçi 53 yaşında meydana çıxaraq bu göstəriciyə imza atıb. "Kavasaki Frontale" ilə matça (2:3) start heyətində çıxan oyunçu 56-cı dəqiqədə əvəzlənib.
Miura son 13 ildə "Yokohama"nın heyətində aşağı dəstədə oynayıb.