29 Sentyabr 2020, 11:57
FUTBOL
"Azərbaycanda özümü rahat hiss edirəm. Döyüş zonasından uzaqdayam". Matc.az xəbər verir ki, bu sözləri "Səbail"in qapıçısı Nikolas Hagen deyib.
Qvatemala millisinin qolkiperi daha sonra cəbhə bölgəsində başverənlərlə bağlı bildirib: "İnsanlarda narahatlıq var. ümid edirəm ki, hər şey tezliklə stabilləşəcək. Mənə hər şeyin qaydasında olacağı təminatını veriblər. Azərbaycanda futbol davam edir. Məqsədim oyunlarda müntəzəm çıxış etmək, meydanda olmaqdır".
Qeyd edək ki, "Səbail" bu ay Hageni transfer edib.