01 Oktyabr 2020, 10:49
FUTBOL
"Qarabağ"ın futbolçusu Donald Gerye UEFA Avropa Liqasında pley-off mərhələsinin "Legiya" ilə oyunu üçün Polşaya yollanıb. Matc.az xəbər verir ki, bu barədə haitili yarımmüdafiəçi "przegladsportowy.pl" saytına açıqlama verib.
31 yaşlı oyunçu artıq Varşavada olduğunu bildirib. Gerye pasport probleminə görə komanda ilə səfərə yollana bilməmişdi.
Qeyd edək ki, bu gün keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.