"Mançester Yunayted" "Sassuolo"nun futbolçusu Jeremi Boqa ilə maraqlanır. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 23 yaşlı futbolçu üçün qarşı tərəflə danışıq aparır.

Məlumata görə, Premyer Liqa klubu Boqanı Yadon Sançoya alternativ görür. Mançester təmsilçisi "Borussiya"lı oyunçunu yüksək maliyyət səbəbindən ala bilmir. Buna görə də "Sassuolo"nun yarımmüdafiəçisini heytinə qatmağı planlaşdırır.

Qeyd edək ki, fili dişili futbolçu ötən mövsüm A Seriyasında 34 oyun keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest