12 Oktyabr 2020, 09:51
FUTBOL
"Mançester Siti"nin hücumçusu Serxio Aquero karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "İnter" oyunçunun xidmətində maraqlıdır.
Məlumata görə, argentinalı forvardın "şəhərlilər"lə müqüviləsi 2020-2021 mövsümünün sonunda başa çatır. Premyer Liqa təmsilçisinin onunla sözləşmə yeniləmək niyyətində olmadığı bildirilir.
Aquero "İnter"dən gələcək təklifə müsbət cavab vermək niyyətindədir. 33 yaşlı hücumçunun tək şərti müqavilənin 2 illik olmasıdır.
Tərəflərin yaydan danışıq apardığı və şərtlərin uyğun olacağı təqdirdə, transferin yanvarda reallaşa biləcəyi vurğulanıb.