22 Oktyabr 2020, 21:05
DİGƏR
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Zəngilanın Genlik kəndinin işğaldan azad olunması ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, təcrübəli qrossmeyster sosial şəbəkə hesabında bunları qeyd edib:
"Genlik kəndi geri alındı! Atamın, babamın və ulu babalarımın kəndi... Mənim doğma və həsrətini çəkdiyim keçmişim artıq bu günüm və gələcəyimdir. Xoşbəxtliyimi ifadə edəcək söz yoxdur. İnanıram ki, 2020-ci ildə hər bir vətən həsrəti çəkən azərbaycanlı öz torpağına qayıdacaq. Yaşasın Azərbaycan əsgəri! Yaşasın millətimiz və tarix yazan hökümətimiz!
PS: Kim Genlik kəndində gənclik edib mənimlə şahmat oynamaq istəyirsə, indidən yazsın".