İtaliyanın "Napoli" klubunun ispaniyalı sol cinah müdafiəçisi Migel Qutyerres karyerasını Leverkuzen "Bayer"ində davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, tərəflər 30 milyon avroluq transfer barədə şifahi razılıq əldə ediblər. Qutyerres "Bayer"də bu yay 20 milyon avro qarşılığında "Atletiko"ya keçən digər ispaniyalı Alexandro Qrimaldonu əvəzləyəcək.
Qutyerres 2025-ci ilin yayında 18 milyon avro müqabilində "Jirona"dan "Napoli"yə keçib. Ötən mövsüm neapolluların heyətində bütün turnirlərdə 36 oyuna çıxan futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2030-cu ilin yayına kimidir.
Qutyerres 2021-ci ildə İspaniyanın gənclərdən ibarət millisində 2 oyun keçirib. 25 yaşlı müdafiəçi hələ ki əsas milli komandaya çağırılmayıb.













