"Qarabağ" futbol klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcəyi səfər oyunu üçün biletlər satışa çıxarılıb.
"Qarabağ" futbol klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcəyi səfər oyunu üçün biletlər satışa çıxarılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Polşanın "Arena Lublin" stadionunda baş tutacaq matçda Azərbaycan təmsilçisini dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletləri onlayn şəkildə əldə etmək mümkündür.
Biletlərin qiyməti 49 PLN, yəni təxminən 23 AZN təşkil edir. Azarkeşlərdən bilet alarkən elektron poçt ünvanlarını düzgün qeyd etmələri və qarşılaşma günü stadiona gələrkən şəxsiyyəti təsdiq edən sənədlərini mütləq özləri ilə gətirmələri xahiş olunur.
Biletləri bu linkə daxil olub ala bilərsiniz: https://bit.ly/45xl87Y
Qeyd edək ki, avqustun 6-da keçiriləcək "Dinamo" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 21:00-da (yerli vaxtla 19:00) start götürəcək.













