Vinisious Junior "Real"dakı gələcəyi ilə bağlı həlledici görüşlər keçirəcək.

Matc.az xəbər verir ki, bu barədə AS idman nəşri məlumat yayıb.

Bildirilir ki, braziliyalı hücumçu avqustun 2-si axşam saatlarında Madridə qayıtmalı, növbəti gün isə Joze Mourinyonun rəhbərliyi altında düşərgəyə qoşulmalıdı.

O, əvvəlcə planlarını baş məşqçi ilə, daha sonra isə klub rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.

Vinisiousun müqaviləsinin başa çatmasına 11 ay qalıb. "Real" sözləşməni yeniləmək niyyətində olsa da, təklif olunan məbləği futbolçu tərəfinin tələb etdiyi səviyyəyə qaldırmaq fikrində deyil. Əgər razılıq əldə olunmasa, Madrid klubu oyunçunun satılması variantını artıq istisna etmir.

Klub rəhbərliyinə "Arsenal"ın rəsmi marağı barədə heç nə məlum deyil. Vinisiousun nümayəndələri də London təmsilçisi ilə razılığa gəldikləri barədə xəbərləri təkzib edirlər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest