İngiltərənin "Arsenal" klubu futbolçusu Vilyam Salibanı icarəyə verib.
 
Matc.az xəbər verir ki, 19 yaşlı müdafiəçi "Nitsa" klubuna keçib.
 
Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Saliba, iyula qədər Liqa 1 klubunda çıxış edəcək.
 
Fransız müdafiəçi 2019-cu ilin yayında "Sent-Etyen"dən 30 milyon avro qarşılığında "Arsenal"a keçib. Mərkəz müdafiəçisi bu mövsüm London klubunun 2-ci komandasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest