"Barselona"nın zədəli futbolçusu Lionel Messi sağalıb.
 
Matc.az xəbər verir ki, argentinalı futbolçu katalonların son məşqində iştirak edib.
 
Məşq etməsinə baxmayaraq, onun bu gün "Atletik"lə keçiriləcək İspaniya Super Kubokunun final oyununda iştirakı sual altındadır.
 
Messi zədə səbəbiylə Super Kubokun yarımfinal mərhələsində keçirilən "Real Sosyedad"la oyunu buraxıb.
 
Bu gün keçiriləcək "Barselona" – "Atletik" oyununa saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest