"Komandanın "Vest Bromviç"ə məğlubiyyətə (2: 5) düzgün reaksiya verəcəyinə əmin idim. Bununla bağlı xüsusi narahatlığım yox idi. Meydana çıxmağa hazır idik. Futbolda məğlubiyyət olmadan davam edə bilməzsən"

"çelsi"nin baş məşqçisi Tomas Tuhel çempionlar Liqasının 1/4 finalında "Portu"ya qalib gəldikləri matç (2:0) haqqında fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 47 yaşlı mütəxəssis komandasının rəqib üzərində qələbəsini əla nəticə adlandırıb:
 
"Portu" ilə matç çətin keçdi. Kifayət qədər çətinlik çəkdiyimiz anlar oldu. Ancaq biz bunu bacardıq. Kollektiv yaxşı əhval-ruhiyyədə idi və əla nəticə əldə etdik. Komandanın "Vest Bromviç"ə məğlubiyyətə (2: 5) düzgün reaksiya verəcəyinə əmin idim. Bununla bağlı xüsusi narahatlığım yox idi. Meydana çıxmağa hazır idik. Futbolda məğlubiyyət olmadan davam edə bilməzsən. Ən vacib sınaq məğlubiyyətlərdən sonra qələbələrə qayıtmaqdır. Birlikdə bir neçə yaxşı nəticə əldə etdik və sonra birlikdə də məğlub olduq, bundan sonra yenə birlikdə qalib gəldik. Biz baş verənlərə düzgün yanaşdıq. Beləliklə, daha da yaxınlaşdıq və bir-birimizə daha çox inanmağa başladıq".
 
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu aprelin 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest