Şimali Makedoniyadan olan oyunçulardan Petrovik 2020-ci ilin iyulundan, Kadriu isə avqustdan "Səbail"in uğurları üçün çalışırdı. Milovan bu komandanın heyətində 15 rəsmi oyuna çıxıb. Florian isə 20 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Səbail" klubu iki futbolçusu – Florian Kadriu və Milovan Petroviklə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
"Səbail" hər iki yarımmüdafiəçinin müddəti bitən müqaviləsini yeniləməyib və onlarla yollarını ayırıb.
 
Şimali Makedoniyadan olan oyunçulardan Petrovik 2020-ci ilin iyulundan, Kadriu isə avqustdan "Səbail"in uğurları üçün çalışırdı. Milovan bu komandanın heyətində 15 rəsmi oyuna çıxıb. Florian isə 20 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
"Səbail" Premyer Liqada mövsümü sonuncu – 8-ci sırada bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest