24 İyul 2021, 20:56
DÖYÜŞ NÖVLƏRİ
Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmə güləşçilərin dünya çempionatı sona yaxınlaşır. Matc.az xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Rahim Həsənov debütdə minimal fərqlə qazaxıstanlı idmançıya qalib gəlib. Ancaq 1/4 finalda Gürcüstan təmsilçisiylə gərgin keçən mübarizədən məğlub ayrılıb.
Rəhman Kərimov ilk görüşdə Belarus idmançısına aman verməyib. Lakin növbəti mərhələdə Ukraynalı güləşçi keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Kərimov iyulun 25-də təsəlliverici görüşə çıxacaq.
Fərid Xəlilov startda macar güləşçiyə uduzub.
Ruslan Nurullayev 1/8 finalda ABŞ təmsilçisinə ilk hissədə qalib gəlib. Belarus idmançısını da vaxtından əvvəl üstələyən Nurullayev yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Ruslan ümidini bürünc medala bağlayıb.
Əli Quliyev ilk mərhələdə özbək həmkarıyla bacarmayıb.
45 kq
Təsnifat: Rahim Həsənov - Yerbol İbrahim (Qazaxıstan) 4:3
1/4 final: Rahim Həsənov - Anri Xozrevanidze (Gürcüstan) 3:4
51 kq
1/8 final: Rəhman Kərimov - Maksim Razqalavets (Belarus) 10:1
1/4 final: Rəhman Kərimov - Yuri Tovt (Ukrayna) 4:8
Təsəlliverici görüş: Rəhman Kərimov - Vilius Adomaviçyus (Litva)
60 kq
1/8 final: Fərid Xəlilov - David Manik (Macarıstan) 1:6
71 kq
1/8 final: Ruslan Nurullayev - Skot Ştauffenberq (ABŞ) 9:0
1/4 final: Ruslan Nurullayev - Nikita Miajeynikov (Belarus) 8:0
1/2 final: Ruslan Nurullayev - Əlirza Murad Abdevali (İran) 2:7
Bürünc medal görüşü: Ruslan Nurullayev - İrfan Mirzoyev (Ukrayna)/Nurel Duişenbekov (Qırğızıstan)/Tornike Mikeladze (Gürcüstan)
92 kq
Təsnifat: Əli Quliyev - Javlon Tirkaşiyev (özbəkistan) 0:8