"Rəqib Belqrada belə bir nəticə üçün gəlmişdi və istəyinə çatdı. Ancaq düşünürəm ki, indi matç onlar üçün daha çətin keçəcək. Çünki qarşılarında da təzyiq olacaq"

"Sumqayıt"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "çukariçki"nin futbolçusu Miladin Stevanoviç Azərbaycan təmsilçisi ilə Sumqayıtda keçirəcəkləri cavab matçı barədə danışıb. Matc.az xəbər verir ki, o, klubun saytına açıqlamasında ilk oyunda evdə 0:0 hesablı nəticə qazanmaqlarının səfər görüşünə üstün tərəf kimi başlamalarına mane olduğunu bildirib:
 
"İlk oyunda yaxşı oynadıq, amma heç bir üstünlük qazana bilmədik. Hər şey lazım olduğu kimi idi. Lakin bəzi şeyləri həyata keçirə bilmədik. Rəqibin qapısına 1-2 qol vurmaq əskik idi. Düşünürəm ki, qələbəyə layiq idik. İnanırıq ki, Azərbaycandakı oyunda hər şey bizim istədiyimiz kimi olacaq".
25 yaşlı müdafiəçi oyunun Sumqayıtda keçirilməsinə baxmayaraq, təmsilçimiz üçün çətin matç olacağını deyib: "Rəqib Belqrada belə bir nəticə üçün gəlmişdi və istəyinə çatdı. Ancaq düşünürəm ki, indi matç onlar üçün daha çətin keçəcək. çünki qarşılarında da təzyiq olacaq. Bizim üçün heç bir problem olmamalıdır.  Nə iqlim şəraiti, nə də səfər məsafəsi, nə də digər cəhətdən problemlər olmalıdır. Bizim daha keyfiyyətli olduğumuzu düşünürəm".
 
Stevanoviç növbəti mərhələdəki rəqibləri haqda düşünmədiklərini və hazırda yalnız "Sumqayıt"la oyuna kökləndiklərini də söyləyib: "Əlbəttə ki, səbirli olacağıq, amma hər mübarizəyə güclü bir istəklə girməliyik. Bir qol bizdən çox şey ala bilər və bizə ya qazandıra bilər. çox çətin bir matç gözləyirəm. Əsas hədəf növbəti tura keçməkdir. Bu, bəlkə də əlavə vaxtdan sonra, bəlkə də penaltilər seriyasından sonra olacaq. Baxmayaraq ki, bu, çox stresli olacaq".
 
Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest