Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışları davam edir. Matc.az xəbər verir ki, son olaraq gimnastika tiri üzərində hərəkətlərdə qadınların mübarizəsinə yekun vurulub. Simon Baylz da bu növün finalında iştirak edib. Amerikalı gimnast 14.000 xal toplayaraq bürünc medal qazanıb. Baylz Rio-2016-da da gimnastika tirində bürünclə kifayətlənməli olmuşdu. 24 yaşlı idmançı daha öncə mental problemlərini əsas gətirərək çoxnövçülük üzrə komanda yarışlarını yarımçıq dayandırmış, o cümlədən fərdi çoxnövçülük, müxtəlif hündürlüklü qollar, dayaqlı tullanma və xalça üzərindəki hərəkətlərdə finallardan imtina etmişdi. Gimnastika tiri üzərində hərəkətlərdə Olimpiya çempionu adını çini təmsil edən 16 yaşlı Quan çençen (14.633) qazanıb. Onun həmyerlisi Tan Sısin (14.233) isə gümüş medalçı olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest