Tokio-2020-də otüstü hokkey yarışları davam edir. Matc.az xəbər verir ki, qadın hokkeyçilərin mübarizəsində finalçılar müəyyənləşib. Niderland Böyük Britaniya ilə qarşılaşıb. "Portağallar" rəqiblərindən Rio-2016-nın finalının əvəzini çıxıblar. Niderland 5:1 hesabı ilə qələbə qazanaraq həlledici görüşə vəsiqə qazanıb. 2016-cı il Yay Olimpiya Oyunlarında Britaniya hokkeyçiləri finalda məhz "narıncılar"a qalib gələrək çempion olmuşdular.
 
Niderlandın finaldakı rəqibi Argentina olacaq. Cənubi amerikalılar Hindistanı 2:1 hesabı ilə məğlub ediblər.
 
Tokio-2020
Otüstü hokkey (qadınlar), yarımfinal
 
Niderland - Böyük Britaniya - 5:1
 
Argentina - Hindistan - 2:1
 
Final qarşılaşması avqustun 6-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest