Almaniyanın "Bavariya" klubu futbolçusu Coşua Zirkzini icarəyə verib. Matc.az xəbər verir ki, 20 yaşlı hücumçu "Anderlext"ə keçib. 
 
Bu barədə "Bavariya"nın mətbuat xidməti məlumat yayıb. Zirkzi 2021/2022 mövsümünü icarə əsasında Belçika klubunda keçirəcək.
 
Niderlandlı futbolçu "Bavariya" ilə Bundesliqada ümumilikdə 12 oyuna çıxıb və 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest