"Neftçi" yeni hücumçu transfer edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi Finlandiyanın "Qnistan" klubundan nigeriyalı Adeleke Akinyemini sıralarına qatıb.
Buna qədər Avropanın müxtəlif liqalarında çıxış etmiş mərkəz hücumçusu xüsusilə son 3 ildə böyük yüksəlişə nail olub. İki il əvvəl Finlandiyada "İlves"lə gümüş medal qazanaraq UEFA Avropa Liqasına vəsiqə əldə edən Adeleke Finlandiya çempionatında "Qnistan"la bu mövsüm 22 oyunun hamısında meydana çıxıb.
2017-ci ildə Latviya yüksək liqasının ən məhsuldar futbolçusu olmuş forvard "Qnistan"da da qolçuluq bacarığını nümayiş etdirib. Finlandiya çempionatında ("Veikkaussliqa") Akinyemi bu mövsüm 13 qol vuraraq turnirin hazırkı bombardiridir.
28 yaşlı futbolçu bu gün tibbi baxışdan keçdikdən sonra "Neftçi" ilə 2+1 illik müqavilə bağlayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.













