06 Avqust 2021, 10:14
FUTBOL
Tokio-2020-nin yüngül atletika yarışlarında günün ilk seansında bir dəst medal sahiblərini tapıb. Matc.az xəbər verir ki, kişilərin 50 km məsafəyə idman yerişində medalçılar müəyyənləşib. Məsafəni 3 saat 50 dəqiqə 8 saniyəyə qət edən David Tomala (Polşa) Olimpiya çempionu olub. Böyük Britaniyanı təmsil edən Conatan Hilbert (3:50:44) gümüş medal qazanıb. Kanadalı atlet Evan Danfi (3:50:59) isə bürünc medalla kifayətlənib.
Tokio-2020
50 km məsafəyə idman yerişi (kişilər)
1. David Tomala (Polşa) - 3:50:08
2. Conatan Hilbert (Böyük Britaniya) - 3:50:44
3. Evan Danfi (Kanada) - 3:50:59
Qeyd edək ki, Bakı vaxtı ilə saat 11:30-da qadınların 20 km məsafəyə idman yerişində mübarizəyə start veriləcək.