31 Avqust 2021, 10:57
FUTBOL
"Heyəti əsasən azərbaycanlı futbolçulardan ibarətdir. Siyahıda yer alan 24 futbolçudan yalnız səkkizi əcnəbidir, fransız Abdullah Zubir isə komandanın "ulduzu" hesab olunur"
"Qarabağ"ın Konfrans Liqasının qrupundakı rəqiblərindən olan "Omoniya" təmsilçimiz haqqında material dərc edib. Matc.az xəbər verir ki, Kipr klubunun rəsmi saytında yer alan yazıda "Qarabağ"ın tarixi, cari avrokubok yarışında keçdiyi yol və heyətlə bağlı vacib detallara toxunulub:
"Azərbaycan təmsilçisi "Qarabağ" Konfrans Liqasının qrupunda komandamıza rəqib olan üç komandadan biridir.
Klub ölkənin paytaxtı Bakıda məckunlaşıb. 1951-ci ildə "Məhsul" adı ilə yaranıb və 1987-ci ildən "Qarabağ" adlandırılıb. 31200 tamaşaçı tutumuna malik Tofiq Bəhramov adına Stadiondan istifadə edir.
Keçən il çempionluğu cəmi iki xal fərqi ilə əldən verərək, 2-ci olub, Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayıb. "Aşdod" (0:0, 1:0) və AEL-i (1:1, 1:0) mübarizədən kənarlaşdırdıqdan sonra "Aberdin" (1:0, 3:1) ilə qarşılaşaraq qrupa vəsiqə qazanmağı bacarıb.
Tarixində 8 çempionluq, 6 kubok və Superkubok var. 134 matçla avrokubok yarışlarında bir neçə dəfə iştirak edib.
16.000 xalla UEFA reytinqində 87-ci yerdədir.
Heyəti əsasən azərbaycanlı futbolçulardan ibarətdir. Siyahıda yer alan 24 futbolçudan yalnız səkkizi əcnəbidir, fransız Abdullah Zubir isə komandanın "ulduzu" hesab olunur. Bu yaxınlarda seneqallı hücumçu İbrahima Vadjini "Hauqesund"dan almaq üçün 600 min avro xərcləyib.
çempionata bir qələbə və bir heç-heçə ilə başlayıb. Baş məşqçi 2008-ci ilin iyul ayından bu yana, 13 ildir komandanı çalışdıran 49 yaşlı azərbaycanlı Qurban Qurbanovdur".
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının qrupunda "Omoniya" ilə ilk görüşü sentyabrın 30-da səfərdə baş tutacaq.