Millinin məşqində zədələnən 23 yaşlı yarımmüdafiəçinin əvəzinə komandaya İngiltərənin "Vulverhempton" klubunda oynayan Fransişku Trinkan çağırılıb.

Portuqaliya yığmasının daha bir futbolçusu 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarını buraxacaq. Matc.az xəbər verir ki, "Sportinq" klubunun üzvü  Pedru Qonsalveş heyətdən çıxarılıb.

Millinin məşqində zədələnən 23 yaşlı yarımmüdafiəçinin əvəzinə komandaya İngiltərənin "Vulverhempton" klubunda oynayan Fransişku Trinkan çağırılıb.

Portuqaliya seçməsində daha əvvəl Qonsalu İnasio və Rikardu Pereyra eyni səbəbdən heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 1-də İrlandiyanı qəbul edəcək Portuqaliya seçməsi, 3 gün sonra Qətərlə yoldaşlıq matçında üz-üzə gələcək. Komanda sentyabrın 7-də isə Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest