02 Sentyabr 2021, 09:44
FUTBOL
27 yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.
UEFA 2022-ci il dünya çempionatının seçmə mərhələsinin IV turunun ilk oyunlarında sonra statistik göstəriciləri açıqlayıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev seçmə mərhələdə ən çox qurtarış edən qapıçı ünvanına sahib çıxıb.
27 yaşlı qolkiper yığmanın Lüksemburqa 1:2 hesabı ilə uduzduğu matçda iki dəfə komandasını real qoldan xilas edib. Məhəmmədəliyev əvvəlki turlarda Portuqaliyaya 0:1 hesabı ilə məğlub olduqları ilk qarşılaşmada 14, Serbiyaya 1:2 hesabı ilə uduzduqları görüşdə 5 "seyv"lə yadda qalıb.
O, hazırda 21 qurtarışla siyahıya başçılıq edir.
Qeyd edək ki, sentyabrın 4-də İrlandiyanın qonağı olacaq Azərbaycan millisi sentyabrın 7-də Portuqaliyanı qəbul edəcək. Report.az