İspaniyanın "Barselona" komandası tarixində ilk dəfə çempionlar Liqasındakı ardıcıl 3 ev oyununda məğlub olub. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi son olaraq evdə E qrupunun qarşılaşmasında Almaniyanın "Bayern" komandasına 0:3 hesabı ilə uduzub.
 
Komanda 2021-ci ilin yanvarında Fransa PSJ-si ilə görüşdən, 2020-ci dekabrında isə İtaliya "Yuventus"u ilə qarşılaşmadan məyus ayrılıb.
 
"Barselona" bu matçlarda müvafiq olaraq 1:4 və 0:3 hesabları ilə üzləşib.
 
Kataloniya təmsilçisi həm də 24 il sonra çL-in qrup mərhələsindəki ilk matçından məğlub ayrılıb. "Barselona" sonuncu dəfə 1997/98 mövsümündə "Nyukasl"a qarşı keçirdiyi ilk oyunda 2:3 hesabıyla uduzmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest