Əfqanıstanın qadın futbolçulardan ibarət milli komandası ölkədən qaçıb. Matc.az xəbər verir ki, bu barədə Pakistanın informasiya naziri Favad Çaudri “Daily Sabah”a açıqlamasında deyib.
 
Nazir, qadın futbolçuların Əfqanıstan – Pakistan sərhədindəki “Torham” keçid məntəqəsində olduqlarını bildirib. Onun dediyinə görə, futbolçular Pakistan Futbol Federasiyası tərəfindən qəbul ediləcək.
 
Əfqanıstanda “Taliban”ın hakimiyyəti ələ keçirməsindən sonra xeyli insan, o cümlədən, idmançılar ölkəni tərk edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest