Ümumilikdə, Jud bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə yeddi oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Jud Bellingem adını çempionlar Liqasının tarixinə yazdırıb. Matc.az xəbər verir ki, ingilis futbolçu bu uğura "Beşiktaş"a vurduğu qolla nail olub. Oyunun 20-ci dəqiqəsində hesabı açan Jud çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu adına sahib çıxıb – 18 yaş, 78 gün. Bundan əvvəlki rekord PSJ-nin fransız hücumçusu Kilian Mbappeyə məxsus idi (18 yaş, 85).
Bellingem, həm də çempionlar Liqasında səfər oyununda qol vuran ən gənc ingilis futbolçu oldu.
ümumilikdə, Jud bu mövsüm "Borussiya"nın heyətində bütün turnirlərdə yeddi oyun keçirib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.
Qeyd edək ki, "Borussiya" çempionlar Liqasının qrup mərhələsinin ilk turunda İstanbulda "Beşiktaş" üzərində 2:1 hesablı qələbə qazanıb.