Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlıqla əlaqədar Azərbaycanın paralimpiya yığmalarına yeni baş məşqçilər təyin olunub. Matc.az xəbər verir ki, qurumun prezidenti İlqar Rəhimovun əmri ilə 2021-2024-cü illər üzrə aşağıdakı təyinatlar gerçəkləşib:
 
İbrahimov İbrahim Eldar oğlu – kişi cüdoçulardan ibarət milli komanda
 
İbrahimov Ramin İbrahim oğlu – qadın cüdoçulardan ibarət milli komanda
 
Panyutin Oleq Viktoroviç- atletika üzrə milli komanda
 
Culfayev Alavərdi Abasoviç – üzgüçülük üzrə milli komanda
 
İbişov İlqar Əsgər oğlu – pauerliftinq üzrə milli komanda
 
Abdullayev Yusif İnqlab oğlu – güllə atıcılığı üzrə milli komanda
 
Abbasov İlqar Əziz oğlu – kamandan oxatma üzrə milli komanda
 
Tağızadə Fərid Əvəz oğlu – parataekvondo üzrə milli komanda
 
Abdullayev Zahir Abdulla oğlu – qolbol üzrə milli komanda
 
Məhərrəmov İlham Nadir oğlu – boccia üzrə milli komanda
 
Qubuşova Ruqiyyə Heydər qızı – stolüstü tennis üzrə milli komanda
 
Məlikov Asəf Adil oğlu – qılıncoynatma üzrə milli komanda
 
Həsənquliyev Amid Umud oğlu – paravelosiped idman növü üzrə milli komanda
 
İsmayılov Məhəmməd Sahib oğlu – qış idman növləri üzrə milli komanda
 
Paris paralimpiadası 2024-cü il 28 avqust-8 sentyabrda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest