PSJ-nin futbolçusu Lionel Messi UEFA çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Mançester Siti"yə qarşı keçirəcəkləri oyunu buraxa bilər. Matc.az xəbər verir ki, Liqa 1-in 5-ci turunda qarşılaşdıqları Lion "Olimpik"i ilə matçda (2:1) zədələnən argentinalı hücumçunun daha iki oyunu buraxması gözlənilir.
 
Bu barədə Fransa mətbuatı məlumat yayıb. PSJ sentyabrın 25-də çempionatda "Monpelye", sentyabrın 28-də isə çempionlar Liqasında "Mançester Siti" ilə qarşılaşacaq. Messinin isə bu müddət ərzində sıraya dönməsi ehtimalı azdır.
 
Argentina millisinin də üzvü olan forvard bu mövsüm PSJ ilə 3 oyuna çıxıb və fərqlənə bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest