Bu gün Azərbaycan milli komandası Dç-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, A qrupunun autsayderi olan yığmamız İrlandiya ilə görüşüb.
Tsikldə qələbə üzünə həsrət qalan Canni de Byazinin yetirmələri ilk uğurunu qazanmaq üçün meydana çıxıb. Bakı Olimpiya Stadionundakı görüşə qədər 5 oyunda 1 xal toplayan milli son sıranı tərk etmək üçün də mütləq qalib gəlməliydi. Amma komandamız bu oyundan da məğlubiyyətlə ayrılıb.
Yığmamızın yer aldığı A qrupunda bu gün Lüksemburq – Serbiya matçı da baş tutacaq.
Dç-2022-nin seçmə mərhələsi
A qrupu
9 oktyabr
Azərbaycan – İrlandiya 0:3
Qol: K.Robinson, 7; 39. ç.Oqbene, 90.
Baş hakim: Espen Eskas (Norveç).
Bakı Olimpiya Stadionu.
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 4. Höccət Haqverdi, 5. Maksim Medvedev (k), 7. Namik Ələskərov, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 17. Toral Bayramov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 3. Azər Salahlı, 6. Vüqar Mustafayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 14. Murad Xaçayev, 15. Tellur Mütəllimov, 16. Anatoli Nuriyev, 20. Mərt çəlik, 21. Araz Abdullayev, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
İrlandiya: 1. Qevin Bazunu, 2. Mett Doherti, 4. Şeyn Daffi, 5. Con İqan (k), 6. Coş Kallen, 7. Kallum Robinson, 9. Adam Ayda, 11. Ceyms Maklinn, 13. Ceff Hendrik, 15. Deril Horqan, 22. Endryu Omobamidele.
Ehtiyat oyunçular: 16. Kivan Kelleher, 23. Mark Travers, 3. Enda Stivens, 8. Konor Huriheyn, 10. Troy Perrott, 12. Neytan Kollinz, 14. Sayrus Kristi, 17. Harri Arter, 18. Ceymi Makqrat, 19. Ceyms Kollinz, 20. çidozi Oqbene, 21. Aron Konnolli.
Baş məşqçi: Stiven Kenni.
Xal durumu: Portuqaliya – 13, Serbiya – 11, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.