Fransa yığmasının UEFA Millətlər Liqasının finalında İspaniyaya qarşı keçirdiyi oyunda (2:1) zədələnən müdafiəçisi Rafael Varanın son durumu məlum olub.
 
Matc.az xəbər verir ki, "Mançester Yunayted" klubunda çıxış edən Varan bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb.
 
Varan bu mövsüm "Mançester Yunayted"lə 7 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest