Türkiyənin "Keçiörengücü" klubu baş məşqçisi İlker Pürenlə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə 38 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
 
"Keçiörengücü" cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Son olaraq "Kocaelispor"a doğma meydanda 0:1 hesabı ilə məğlub olan Ankara təmsilçisi, hazırda turnir cədvəlində 4 xalla sonuncu - 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest